12 İyul 2026
Dünya futbolu

“Qalatasaray” PSJ-dən onu da istəyir

“Qalatasaray” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi PSJ-dən Mauro İkardi ilə yanaşı, Renatu Sançeşi də heyətinə cəlb etmək istəyir. 

Rəhbərlik əvvəlcə icarə əsasında komandada çıxış edən argentinalının keçidini həll etməlidir. Bunun ardından isə portuqaliya ilə danışıq aparacaq.

Sançeş icarə əsasında da “Qalatasaray”a keçə bilər.

Bu mövsüm İkardi Türkiyə klubunda 22 oyunda 16, 25 yaşlı portuqaliyalı isə 23 matçda 2 qol vurub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43