11 İyul 2026
Dünya futbolu

“Qarabağ”ın Çempionlar Liqasındakı mümkün rəqibləri

2023-24 mövsümünü çempion kimi tamamlayan “Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki 9 mümkün rəqibi bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, turnirdə çıxış edəcək 32 komandanın artıq 22-si məlumdur. Püşkatmada hər səbətdə 16 klub yer alacaq.

Səpələnmişlərin siyahısında yer alacaq Ağdam təmsilçisi reytinqi aşağı komandalardan birinə rəqib olacaq.

“Qarabağ” Çempionlar Liqasında ilk mərhələni adlasa, II təsnifat mərhələsində də səpələnmişlərin səbətində qərarlaşacaq.

UEFA Çempionlar Liqası
İlkin mərhələ

Səpələnmişlər:

“Breydablik” (İslandiya)

Monteneqro çempionu

Səpələnməmişlər:

“Tre Penne” (San-Marino)

“Atletik Ekaldes” (Andorra)

I təsnifat mərhələsi

Səpələnmişlər:

“Ferentsvaroş” (Macarıstan)

“Qarabağ” (Azərbaycan)

“Slovan” (Slovakiya)

BATE (Belarus)

“Astana” (Qazaxıstan)

“Jalgiris” (Litva)

HIK (Finlandiya)

“Flora” (Estoniya)

“Şemrok Rovers” (İrlandiya)

TNS (Uels)

Səpələnməmişlər:

“Klaksvik” (Farer adaları)

“Dinamo” (Tbilisi, Gürcüstan)

“Rakuv” (Polşa)

“Haken” (İsveç)

“Valmieras” (Latviya)

“Larne” (Şimali İrlandiya)

“Hamrun” (Malta)

“Hesperange” (Lüksemburq)

“Struqa” (Şimali Makedoniya)

Qeyri-müəyyənlər:

“Olimpiya” (Sloveniya)

“Zrinski” (Bosniya və Herseqovina)

“Linkoln” (Cəbəllütariq)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43