23 Dekabr 2024
Ölkə futbolu

“Qəbələ” Konfrans Liqasında, “Şamaxı” sonuncu oldu

Misli Premyer Liqasında 36-cı tura start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

“Sumqayıt” doğma meydanda “Zirə”ni qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə sona çatıb.

Digər avrokubok iddiası olan “Qəbələ” isə evdə “Kəpəz”lə qarşılaşıb. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib -1:1.

Bu nəticələrin ardından “Qəbələ” Premyer Liqanı 50 xalla 4-cü bitirərək Konfrans Liqasına vəsiqə qazanıb. “Zirə” isə mövsümü beşinci sırada bitirib.

Çempionatın autsayderləri olan “Səbail” və “Şamaxı” “ASCO Arena”da münasibətlərə aydınlıq gətiriblər. Görüş paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə sona çatıb.

Bölgə klubu bu məğlubiyyətlə sonuncu yerdə qalaraq, Premyer Liqa ilə vidalaşıb.

 

Azərbaycan Premyer Liqası

XXXVI tur

27 may

17:30. “Sumqayıt” – “Zirə” 0:3

17:30. “Qəbələ” – “Kəpəz” 1:1 

20:00. “Səbail” – “Şamaxı” 1:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43