Türkiyə Super Liqasının 36-cı turuna start verilir.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” səfərdə “Sivasspor”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Emrelinin oyuna əsas heyətdə başlaması gözlənilir.
Xatırladaq ki, “Konyaspor” 49 xalla 7-ci pillədə qərarlaşıb.

