Türkiyə Super Liqasının 36-cı turuna start verilib.
İdmanxeber.az-ın məlumatına görə, lider “Qalatasaray” səfərdə “Ankaragücü” ilə qarşılaşıb. İstanbul klubu rəqibini darmadağın edib – 4:1.
“Sarı-qırmızılar”ın qollarını ikisini Mauro İkardi, Barış Alper Yılmaz və Dübua vurub.
Bu nəticə ilə “Qalatasaray” sona iki tur qalmış çempionluğunu təmin edib.
“Cim-bom” bununla çempionluq sayını 23-ə çatdırıb.

