17 İyul 2026
Dünya futbolu

“Liverpul” fransalıya təklif göndərdi

Almaniyanın Münhenqladbax “Borussiya”sının yarımmüdafiəçisi Manu Kone “Liverpul”a keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, fransalının ingilis klubuna keçmə ehtimalı yüksək qiymətləndirilir. Artıq futbolçuya “Liverpul”dan təklif gəlib.

Onun “Borussiya” ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Kone bu mövsüm Almaniya komandasında 31 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43