16 İyul 2026
Ölkə futbolu

Azərbaycanın ən bahalı futbolçusu açıqlandı

Dünyanın ən nüfuzlu “Transfermarkt” portalı oyunçuların qiymətini yeniləyib.

İdmanxeber.az-ın məlumatına görə, siyahıda Misli Premyer Liqasında çıxış etmiş futbolçular da var. Azərbaycanın ən bahalı oyunçusu Emin Mahmudovdur.

“Neftçi”nin kapitanın dəyəri 1,4 milyon avro olaraq göstərilib. İkinci pillədə  “Qarabağ”ı tərk edən Ramil Şeydayev yer alır. 27 yaşlı forvardın transfer qiyməti 400 min artaraq, 1,2 milyon avroya çatıb.

Ağdam klubunun forvardı Musa Qurbanlı, yarımmüdafiəçisi Yassin Benzia və  icarə əsasında “Sabah”da çıxış edən Aleksey Kaşuk 3-5-ci yerləri bölüşdürür – 1 milyon avro.

“Sabah”ın qapıçısı Yusif İmanov da siyahıda böyük irəliləyişə nail olub. Qiyməti 300 min avro artan gənc qolkiper 700 min avroluq transfer dəyəri ilə 12-17-ci yerləri bölüşdürür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43