16 İyul 2026
Dünya futbolu

Fransa klubundan “Liverpul”a cavab: 60 milyon

“Liverpul” “Nitsa”nın yarımmüdafiəçisi Kefren Tyuramla maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu 22 yaşlı yarımmüdafiəçinin transferi üzərində işləyir. Fransa təmsilçisi futbolçunun qiymətini 60 milyon avro olaraq açıqlayıb.

Kefrenin Yurgen Kloppun rəhbərliyi altında çıxış etməkdə maraqlı olduğu bildirilir. 

Bu mövsüm Tyuram bütün turnirlərdə “Nitsa”nın heyətində 48 oyunda 2 qol vurub və 8 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43