12 İyul 2026
Ölkə futbolu

“Neftçi” müqavilə təklif etsə, məmnuniyyətlə qəbul edərəm”

“Neftçi”nin futbolçusu Voyislav Stankoviçin idmanxeber.az saytına müsahibəsi

-Azərbaycan Kubokunun finalında məğlub oldunuz. Oyun barədə nə demək istəyərdin…

İstədiyimiz kimi çıxış edə bilmədik. “Qəbələ” bizə oynamağa imkan vermədi. Bizdən daha yaxşı olduqlarını göstərdilər və ona görə də qələbə qazandılar. Tam səmimi deyə bilərəm ki,  layiq olduğumuz məğlubiyyəti aldıq.

-Premyer Liqada çıxış edən “Qəbələ” ilə finaldakı “Qəbələ” arasında fərq göründü?

Əlbəttə, göründü. Çempionatda çıxış edən “Qəbələ”yə qarşı iki qələbə, bir heç-heçə almışıq. Finalda isə meydanda tamam ayrı komanda var idi. Son 2-3 ay ərzində rəqib çox artırmışdı və bunu meydanda da göstərdi.

-Kubokun finalında köhnə komandana qarşı çıxış etmək sənə hansı hissləri yaşatdı?

Qeyri -adi hisslər yaşadım. “Qəbələ”də çıxış etdiyim dönəmdə də yaxşı komandamız var idi. Həmin vaxt biz də kuboku qazanmışdıq. “Neftçi” ilə çempion olmuşam, kuboku da qazanmaq istəyirdim. Təəssüf ki, bunu bacara bilmədim.

-Eşitdiyimizə görə final “Neftçi”dəki son oyunundur…

Ola bilər. Müqaviləm bitir, qalacağım və ya gedəcəyim bəlli deyil.

-Ümumiyyətlə, “Neftçi”də qalmaq istəyirən?

Əlbəttə ki, istəyirəm. Əgər rəhbərlik mənə yeni müqavilə təklif etsə, məmnuniyyətlə imzalayaram.

-Artıq 36 yaşın var. Karyeranı bitirmək barədə düşünürsən?

Xeyr, bu barədə fikirləşməmişəm. Çünki özümü yaxşı hiss edirəm, ciddi zədəm də yoxdur. Hələ bir müddət yüksək səviyyədə çıxış edə biləcəyimə inanıram. Ola bilər ki, “Neftçi”də yox, başqa bir komandada və yaxudda başqa fərqli karyeramı davam etdirdim.

Xəyal Hüseynov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43