“Kəpəz”lə enişli-yoxuşlu bir mövsüm keçirdik. Ümumi götürəndə məqsədimizə çatdıq, Premyer Liqa qaldıq. Bilirsiniz ki, orada kapitan kimi komandanı oyunlara mən çıxarırdım. Ayrılmadan öncə rəhbərliklə, baş məşqçi Tərlan Əhmədovla danışıb sonra qərar verdim”.
Bu sözləri idmanxeber.az saytına “Kəpəz”dən “Səbail”ə transfer olan Yusif Nəbiyev Gəncə klubundan ayrılması barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Rəhbərliklə xeyli danışdıq. Şərtlərimiz üst-üstə düşmədi. Çox da detallara girmək istəmirəm. Yekunda ayrılmaq qərarına gəldim. Mənim üçün Gəncədə oynamaq çox xoş idi. “Kəpəz” həmişə ağlımda qalacaq. Ancaq bu futboldur, gəlməklə yanaşı, getmək də var. Açığı, başqa klublardan da təklif var idi. “Səbail”i seçdim. Buna səbəb öz gələcəyim və inkişafım üçün bu klubda hər cür şəraitin olmasıdır”.
Nəbiyev mövsümü “Kəpəz”dən geridə bitirən “Səbail”ə keçməsini karyera baxmından geriləmək kimi hesab etmir:
“Xeyr, səviyyəcə aşağıya getdiyimi demək olmaz. Ola bilər ki, “Səbail” ötən mövsümü yaxşı keçirməyib. Ancaq növbəti mövsümdə daha iddialı komanda olacaq. Buna görə də, düzgün seçim etdiyimi düşünürəm”.
Həsən Quluzadə

