“Barselona”nın futbolçusu Frenki de Yonq karyerasını Almaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Bavariya” futbolçunun xidmətində maraqlıdır. Rəhbərlik yaxın günlərdə Kataloniya klubu ilə danışıqlara başlayacaq.
Bununla yanaşı, Münhen təmsilçisi Deklan Rays və Harri Keyn transferini də nəzərdən keçirir.
Baş məşqçi Tomas Tuxeli göstərişi ilə heyəti gücləndirmək niyyətində olan komanda növbəti mövsümdən daha iddialı olmağı hədəfləyir.

