07 İyul 2026
Dünya futbolu

Tarixi qələbə “Mançester Siti” azarkeşinə təsir etdi – FOTO

“Mançester Siti”nin azarkeşi İstanbuldakı Atatürk Olimpiya Stadionunda komandanın UEFA Çempionlar Liqasının finalında “İnter”lə qarşılaşma zamanı huşunu itirib.

İdmanxeber.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Bildirilir ki, tibb işçiləri azarkeşə oksigen verib, daha sonra yardım üçün onu stadiondan çıxarıblar. 

Xatırladaq ki, görüş “şəhərlilər”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticənin ardından Mançester klubu tarixində ilk dəfə ÇL kubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43