“Mançester Siti” klubu UEFA Çempionlar Liqasının 2022-2023-cü il mövsümünün finalında “İnter”i 1:0 hesabı ilə məğlub edib.
İdmanxeber.az-ın məlumatına görə, turnirin əvvəlki üç finalı da eyni hesabla başa çatıb.
Belə ki, “Bavariya” 2020-ci ildə PSJ-ni, 2021-ci ildə “Çelsi” “Mançester Siti”ni, 2022-ci ildə “Real” “Liverpul”u minimal hesabla məğlub edib.
Xatırladaq ki, “şəhərlilər” tarixində ilk dəfə ÇL kubokunu qazanıblar.

