07 İyul 2026
Ölkə futbolu

“Kəpəz” legionerini saxlaya bilmədi – ÖZƏL

Daha bir futbolçu “Kəpəz” klubunu tərk edib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, müqaviləsi başa çatan Giorgi Kantaria klubla sözləşmə yeniləməyib. Rəhbərlik gürcüstanlı futbolçunu komandada saxlamaq istəsə də, o, təklif edilən şərtləri qəbul etməyib.

26 yaşlı oyunçu Gəncə təmsilçisindən ayrılsa da, karyerasını ölkəmizdə davam etdirə bilər. Belə ki, Giorgi hazırda Premyer Liqa klublarımızın bir neçəsi ilə danışıq aparır.

Yaxın vaxtda onun yeni komandasının bəlli olacağı bildirilir.

Xatırladaq ki, klub daha öncə daha öncə Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Orxan Sadıqlı və Mustapiçin komandanı tərk etdiyini açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43