“Zirə”nin futbolçusu Cəlal Hüseynov karyerasını Bolqarıstanda davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə oyunçu özü sosial şəbəkə hesabından paylaşım edib. Futbolçunun xidmətində “Arda” klubunun maraqlı olduğu bildirilir.
Cəlal hazırda Bolqarıstandadır və yeni klubu üçün yaxın vaxtda tibbi baxışdan keçəcək.
Xatırladaq ki, Hüseynov mövsümü icarə əsasında “Şamaxı”da keçirib.


