“Real”ın sabiq futbolçusu Serxio Ramos komandanın keçmiş baş məşqçisi Zinəddin Zidanla bağlı danışıb.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı müdafiəçi fransalı mütəxəssisin niyə uğurlu olduğunu açıqlayıb:
“Zidan bir çox səbəblərə görə görkəmli məşqçidir. Ən azı ona görə ki, o, tarixin ən yaxşı oyunçularından biri idi.
Futbolçuların necə düşündüklərini, nəyə ehtiyac duyduqlarını və mentalitetini necə gücləndirməli olduqlarını dəqiq bilirdi”.

