“İnter”in müdafiəçisi Milan Şkrinyar karyerasını Fransada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, slovakiyalı oyunçu PSJ ilə razılığa gəlib. Gələn ay İtaliya klubu ilə müqaviləsi sona çatacaq futbolçu yeni klubuna azad agent statusu ilə keçib.
Şkrinyar ötən mövsüm A Seriyasında 21 oyun keçirib. O, aprel ayında əməliyyat olunduğu üçün mövsümün sonlarında komandasına kömək edə bilməyib.

