Romelu Lukaku Səudiyyə Ərəbistanından gələn təklifi rədd edib.
İdmanxeber.az-ın məlumatına görə, belçikalı futbolçu karyerasını “İnter”də davam etdirmək niyyətindədir. Baş məşqçi Siemone İnzaqi oyunçunun komandada qalmasını tələb edir.
“İnter”in Lukakunun müqavilə ilə məxsus olduğu “Çelsi” ilə görüşəcəyi bildirilir. Təcrübəli futbolçunun yeni mövsümdən də karyerasını İtaliyada davam etməsi gözlənilir.

