İngiltərə Premyer Liqasında 2023/24 mövsümünün təqvimi açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, ilk turda “Çelsi” ilə “Liverpul” qarşılaşacaq. İngiltərənin hazırkı çempionu “Mançester Siti” isə mövsümə “Bernli” səfərində start verəcək.
İngiltərə çempionatında ilk turunun oyunları avqustun 11-dən 14-dək keçiriləcək.

