AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.
İdmanxeber.az xəbər verir ki, əvvəlcə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi media nümayəndələri ilə görüşəcək. Tədbir saat 11:00-da olacaq.
Estoniya yığmasının baş məşqçisi Tomas Heberlinin mətbuat konfransı isə 17:30-da təşkil olunacaq.
16 iyun
Azərbaycan milli komandası
11:00. Mətbuat konfransı
11:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Estoniya milli komandası
17:30. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: Hər iki məşq və mətbuat konfransı “Dalğa Arena”da olacaq.

