08 İyul 2026
Ölkə futbolu

“Qarabağ” iki rəqibini açıqladı

“Qarabağ” yay təlim-məşq toplanışı üçün iyunun 22-də Avstriyaya yola düşəcək.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisinin Tirolda 3 yoldaşlıq oyunu nəzərdə tutulub.

“Qarabağ” iyunun 27-də “Ferentsvaroş” (Macarıstan), iyulun 1-i isə “Legiya” (Polşa) klubları ilə üz-üzə gələcək.

3-cü yoldaşlıq oyunundakı rəqib və həmin matçın vaxtı barədə daha sonra məlumat veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43