“İnter”in qapıçısı Andre Onana “Mançester Yunayted”ə keçə bilər.
İdmanxeber.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, David De Xeanın qeyri-sabit çıxışı fonunda “Mançester Yunayted” kamerunlu futbolçu ilə maraqlanır. Baş məşqçi Erik ten Haq heyətdə ispaniyalı qolkiperə rəqib olmasını istəyib.
Qeyd olunur ki, Onana özü də MY-də keçməyə qarşı deyil. Daha əvvəl 27 yaşlı futbolçunun “Çelsi”nin də maraqlandığı bildirilirdi.

