09 İyul 2026
Milli komanda

Millimizin heyətində dəyişiklik

Beynəlxalq yoldaşlıq oyunlarında Türkiyə və Qırğızıstan yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,“Turan Tovuz” klubunun üzvü Xəyyam Hüseynov heyətdən çıxarılıb. Onun əvəzinə “Qəbələ”nin oyunçusu İbrahim Ramazanov heyətə cəlb olunub.

 

Qeyd edək ki, millimiz iyunun 17-də İstanbulda Türkiyə, 20-də isə Bakıda Qırğızıstanla üz-üzə gələcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43