09 İyul 2026
Ölkə futbolu

Premyer Liqada 10 komanda olacaq – YENİLƏNİB

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 10 komanda mübarizə aparacaq.

AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov növbəti mövsümdən 12 klub olacağını bildirsə də, baş katib Sərxan Hacıyev onun yalnış anladığını bildirib.

O, komanda sayının dəyişdirilməyəcəyini söyləyib: “Ola bilsin ki, Elmar müəllim yalnış anlayıb. Əvvəldən dediyimiz kimi Premyer Liqada sonuncu yerin sahibi olan “Şamaxı” çempionatı tərk edəcək və I Divizionun qalibi olmuş “Araz Naxçıvan” elitaya yüksələcək”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43