“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “sarı-göylər” Vurğun Hüseynovla anlaşıb. “Sumqayıt”dan ayrılan oyunçu azad agent statusu ilə Gəncə klubuna keçib.
Rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi bildirilir. 35 yaşlı futbolçu bir dönəm Azərbaycan millisinin də formasını geyinib.

