“Sabah” klubu UEFA Konfrans Liqasında ev oyunları üçün bilet satışından əldə ediləcək gəlirin bir hissəsini işğaldan azad olunmuş torpaqların bərpası üçün ayıracaq.
İdmanxeber.az-ın məlumata görə, hər biletdən bir manat məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Qeyd edək ki, “Sabah” UEFA Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu raundun püşkü iyunun 21-də atılacaq. “Bayquşlar” ilk görüşünü iyulun 27-də, cavab matçını avqustun 3-də keçirəcək.

