11 İyul 2026
Dünya futbolu

İranlı futbolçu “Bayer”i tərk edir

“Bayer”in (Leverkuzen) hücumçusu Serdar Azmun bu yay klubu tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı oyunçu hazırda aldığı oyun müddətindən razı deyil və özünə yeni komanda axtarır.

“Bayer”in idman direktoru Simon Rolfes “Əgər Serdar getsə, biz onun yerini doldurmaq üçün yeni birini axtaracağıq” – deyə, bildirib. 

Azmun 2022-ci ilin yanvarında “Zenit”dən “Bayer”ə keçib. 2022/23 mövsümündə hücumçu Leverkuzen komandasının heyətində 33 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43