Anxel Di Maria karyerasını Portuqaliyada davam etdirməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, 35 yaşlı argentinalının xidmətində “Benfika” maraqlıdır. Müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Yarımmüdafiəçi artıq 2007-2010-cu illərdə Lissabon klubunda çıxış edib.
İyunun 6-da yarımmüdafiəçi “Yuventus”dan ayrıldığını açıqlayıb. Di Maria 2022-ci ildən klubda çıxış edirdi.
O, ötən mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə verib.