14 İyul 2026
Dünya futbolu

Keyn rəhbərliklə danışdı – getmək istəyir

Harri Keyn bu yay “Tottenhem”dən “Mançester Yunayted”ə keçməyə ümid edir.

İdmanxeber.az “Daily Mail”ə istinadən bildirir ki, hücumçu klubun prezidenti Daniel Levidən maliyyə tələblərini aşağı salmasını istəyir. London klubu müqaviləsi 2024-cü ilin yayında başa çatacaq oyunçu üçün 100 milyon funt-sterlinq təzminat tələb edir.

Mançester klubu isə 80 milyon ödəməyə hazırdı. Bu səbəbdən də ingiltərəli hücumçu rəhbərlikdən ona köməklik etməsini xahiş edib.

Keyn ötən mövsüm “Tottenhem”in heyətində 49 oyunda 32 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43