“Volfsburq”un yarımmüdafiəçisi Feliks Nmeça bu yay klubunu dəyişə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı futbolçu ilə “Nyukasl” və “Borussiya” maraqlanır.
Yarımmüdafiəçi 2021-ci ildən “Volfsburq”da çıxış edir, müqaviləsi 2025-ci ilin yayına qədərdi. 2022/23 mövsümündə Nmecha 32 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.
Portal Transfermarkt oyunçunun dəyərini 8 milyon avro qiymətləndirir.

