“Roma” baş məşqçi Joze Mourinyonun cəzalandırılmasına etiraz etmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis Avropa Liqasının “Sevilya” ilə final matçının ardından (1:1, pen. 1:4) hakimi təhqir etdiyi üçün 4 oyunluq cəza alıb. O, həlledici oyununda Antoni Teylorun işindən narazı qalmışdı.
Mourinyo matç başa çatdıqdan sonra hakimi təhqir edib. Nəticədə UEFA təcrübəli çalışdırıcını 4 oyunluq cəzalandırıb.
Beləliklə, Mourinyo 2023/24 mövsümündə Avropa Liqasının qrup mərhələsinin əksər oyunlarını buraxacaq.
Bundan başqa, UEFA “Roma”nı komandanın və onun azarkeşlərinin nalayiq davranışına görə 55 min avro cərimələyib.

