17 İyul 2026
İdman

Avropa Oyunları: Azərbaycan ilk medalı rəsmiləşdirdi

Azərbaycan Polşada keçirilən III Avropa Oyunlarında ilk medalı rəsmiləşdirib.

İdmanxeber.az xəbər verir ki, 67 kq-da çıxış edən karateçi Tural Ağalarzadə B qrupundakı ikinci görüşündə də qələbə qazanaraq yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.

O, əvvəlcə macarıstanlı Martial Tadissiyə 4:0, ardınca isə isveçrəli Toni Pisinoya 5:3 hesabı ilə qalib gəlib. Ağalarzadə qrupdakı son görüşünü yunanıstanlı Dionisios Ksenosa qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43