17 İyul 2026
Dünya futbolu

“Milan” niderlandlı futbolçunu transfer edir

“Milan” niderlandlı yarımmüdafiəçi Teyani Reyndersi almaq fikrindədir.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubunun baş məşqçisi Stefano Pioli artıq bu transferə razılıq verib. “Az Alkmar”da çıxış edən yarımmüdafiəçi də “Milan”a keçməyə müsbət yanaşır. 

Klub Teyani üçün ən azı 18 milyon avro almağı planlaşdırır. Daha əvvəl “Sportinq” və bir neçə Premyer Liqa təmsilçisilərinin oyunçunun xidmətində maraqlı olduğu bildirilirdi. 

2022/23 mövsümündə 24 yaşlı Reynders AZ-da 34 oyuna çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43