17 İyul 2026
Dünya futbolu

Premyer Liqa klubunun 60 milyonluq təklifi geri çevirildi

“Liverpul” artıq “İnter”in yarımmüdafiəçisi Nikolo Barella ilə maraqlanmır.

İdmanxeber.az-ın məlumatına görə, klub futbolçunu çox bahalı hesab edir. “Qırmızılar” Barella üçün rəsmi təklif göndərməyib.

Bununla belə, “Nyukasl” onun xidmətində maraqlıdır. Ancaq “İnter” Premyer Liqa klubunun 60 milyon avroluq təklifini geri çevirib.

A Seriyasının son mövsümündə 26 yaşlı italyan 6 qol vurub, 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43