17 İyul 2026
Dünya futbolu

“Real” 120 milyonla gözləyir

“Real” iyulda PSJ-nin hücumçusu Kilian Mbappeni transfer edə bilər.

İdmanxeber.az xəbər verir ki, bu barədə jurnalist Pako Buyo məlumat verib. O bildirib ki, parislilər 24 yaşlı futbolçunu 200 milyon avro dəyərində qiymətləndirirlər.

Madrid təmsilçisi isə120 milyon avro təklif etməyə hazırdır. Transferin bu ay yekunlaşacağı iddia edilib.

Daha əvvəl Mbappenin PSJ rəhbərliyinə məktub göndərdiyi və müqaviləni 2025-ci ilə qədər uzatmaq istəmədiyini bildirdiyi məlum olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43