17 İyul 2026
Dünya futbolu

Türkiyə Futbol Federasiyasında prezident seçkiləri keçirildi

Türkiyə Futbol Federasiyasında (TFF) prezident seçkiləri baş tutub.

İdmanxeber.az yerli mətbuata istinadən xəbər verir ki, hazırkı rəhbər Mehmet Büyükekşi yenidən quruma başçılıq edəcək.

Funksioner bu posta yeganə namizəd idi. 191 nəfərdən 169-u onun lehinə səs verib.

Qeyd edək ki, Mehmet Büyükekşi ötən ilin yayından TFF-nin prezidentidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43