17 İyul 2026
Dünya futbolu

Əliyar Ağayev növbəti dəfə Avropa çempionatı oyununda

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin 21 yaşadək komandalar arasında keçirilən Avropa çempionatında təyinat aldığı növbəti oyun bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, ədalət təmsilçisi C qrupunun ikinci turundakı Çexiya – Almaniya görüşündə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Matçı norveçli Espen Eskas idarə edəcək. Ona həmyerliləri Yan Erik Enqan və İsak Elias Başevkin köməklik göstərəcək.

Qeyd edək ki, iyulun 25-də Gürcüstandakı “Batumi Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika – Niderland (0:0) matçını idarə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43