17 İyul 2026
Ölkə futbolu

Mərakeş millisinin üzvü “Sabah”a keçir?

“Sabah” Mərakeş millisinin futbolçusu Sofian Çaklanı transfer etmək istəyir.

İdmanxeber.az İspaniya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu 30 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün “Ponferradina” ilə danışıqlara başlayıb. “Sabah” rəhbərliyi də futbolçunun sərbəst qalma məbləğini ödəməyə hazırdır.

Çakla hətta Bakı klubuna keçmək üçün İspaniyanın II liqa komandalarından gələn təklifləri rədd edib. Onun “Vilyarreal”dan sonra bu dəfə “Sabah”ın heyətində avrokuboklarda çıxış etməsi gözlənilir.

Sofian Çakla karyerası ərzində İspaniyanın “Malaqa”, “Almeriya” və “Xetafe” kimi klublarının da formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43