“Borussiya” “Real”a keçən yarımmüdafiəçi Jud Bellingemin yerini doldurmaq istəyir
İdmanxeber.az-ın məlumatına görə, alman klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Koul Palmerlə maraqlanır. Dortmund təmsilçisi 21 yaşlı futbolçunu komandaya uyğun namizəd hesab edir.
Koul Palmer “Mançester Siti”nin yetirməsidir, 2022/23 mövsümündə “şəhərlilər” heyətində 25 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

