“Fulhem”in baş məşqçisi Marko Silva “Əl Hilal” klubu danışıq aparır.
İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klubu 45 yaşlı portuqaliyalıya yüksək maaşlı müqavilə təklif edib. Eyni zamanda London komandası da çalışdırıcını saxlamaq istəyir və onunla yeni uzunmüddətli sözləşmə imzalamağa hazırdır.
Silva 2021-ci ilin iyulundan “Fulhem”i çalışdırır və 2022/23 mövsümündə onun rəhbərliyi altında komanda Premyer Liqada 10-cu yeri tutub.
Portuqaliyalının London klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

