“Ayaks”ın yarımmüdafiəçisi Jurrien Timber “Arsenal”a keçməkdə maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı niderlandlı London klubunu özünə uyğun hesab edir və bu komandaya transfer olunmağa müsbət yanaşır.
Daha əvvəl “topçular”ın futbolçu üçün 35 milyon avro təklif etdiyi bildirilirdi. Klubların yaxın günlərdə aktiv danışıqlar mərhələsinə keçəcəyi gözlənilir.
Timber “Ayaks”ın yetirməsidir. 2022/23 mövsümündə futbolçu komandanın heyətində bütün yarışlarda 47 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

