18 İyul 2026
Dünya futbolu

İtaliyalı PSJ-dən getmək istəyir

PSJ-nin qapıçısı Canluici Donnarumma Paris klubundan ayrılmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, komandanın idman direktoru Luis Kampos da oyunçunun gedişini dəstəkləyir. Donnarummanın PSJ-dəki gələcəyi klub prezidenti Nasser Əl-Xelaifi və gələcək baş məşqçi Luis Enrikenin qərarından asılıdır.

24 yaşlı futbolçu 2021-ci ildən PSJ-də çıxış edir. Ötən mövsüm o, 48 oyun keçirib, 52 qol buraxıb və 14 dəfə qapısını toxunulmaz qoyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43