18 İyul 2026
Dünya futbolu

Portuqaliyalı futbolçu “Bavariya”da

Dortmund “Borussiya”sının müdafiəçisi Rafael Qerreyro karyerasını “Bavariya”da davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə Münhen komandasının rəsmi saytı məlumat yayıb. 29 yaşlı portuqaliyalı “Bavariya” ilə 2026-cı ilə qədər müqavilə imzalayıb.

O, yeni klubuna azad agent statusunda keçib.

Qerreyro 2026-cı ildən “Borussiya”da çıxış edir. O, Dortmund klubunda 224 oyuna çıxıb, 40 qol vurub və 50 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43