“Volfsburq” rəsmi saytında “Tvente”nin hücumçusu Vatslav Çerni ilə müqavilə imzaladığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Çexiya millisinin oyunçusu ilə müqavilə 4 il müddətinə nəzərdə tutulub. Yeni klubunda futbolçu 7 nömrədə çıxış edəcək.
O, yeni komandasına keçidini belə şərh edib:
“Nəhayət oynamağa səbirsizlənirəm. Bundesliqa dünyanın ən yaxşı liqalarından biridir. Mən həmişə burada oynamaq arzusunda olmuşam və çox şadam ki, növbəti mövsümdə “Volfsburq”un rənglərini qoruyacağam”.
2022/23 mövsümündə Cerni “Tvente”nin heyətində bütün yarışlarda 41 oyuna çıxıb, 15 qol vurub və 13 məhsuldar ötürmə edib.

