“Xetafe” rəsmi saytında baş məşqçi Xose Bordalas ilə müqavilənin uzadıldığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 59 yaşlı ispan mütəxəssislə yeni müqavilə iki mövsümlükdür. O, daha əvvəl “Elçe”, “Alkorkon”, “Alaves” və “Valensiya”nı çalışdırıb.
2022/23 mövsümünün sonunda “Xetafe” İspaniya çempionatında 15-ci yeri tutub.

