21 İyun 2026
Ölkə futbolu

“Qarabağ” – “Ferentsvaroş” matçının saatı bilindi

Təlim- məşq toplanışını Avstriyada davam etdirən “Qarabağ”ın ilk yoxlama oyununun saatı açıqlanıb.

İdmanxeber.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, sabah “Leerberg Arena” “Ferentsvaroş”la (Macarıstan) keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ”  iyulun 1-də “Legiya” (Polşa), iyulun 4-də isə SSKA (Bolqarıstan) ilə də üz-üzə gələcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43