“Bavariya” “Napoli”nin müdafiəçisi Kim Min Je ilə razılığa gəlib.
İdmanxeber.az tanınmış jurnalist Fabrisio Romanoya istinadən xəbər verir ki, 26 yaşlı cənubi koreyalı keçidə razılaşıb və 2028-ci ilə qədər 5 illik müqavilə imzalayıb.
İndi Münhen klubu futbolçuya görə təzminat ödəməlidir. Hazırda tərəflər arasında bu məsələ müzakirə edilir.
Kim ötən mövsüm bütün turnirlərdə 45 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

