“Şaxtyor”un və Ukrayna millisinin qapıçısı Anatoli Trubin karyerasını “İnter”də davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb. Trubinin Andre Onana komandadan ayrılacağı təqdirdə, İtaliya klubuna keçmək ehtimalı böyükdür.
23 yaşlı qolkiper 2020-ci ilin yanvarından “Şaxtyor”da çıxış edir. Onun komanda ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.
2022/23 mövsümündə o, komandanın heyətində 38 oyun keçirib, 40 qol buraxıb.

