“Qalatasaray”ın futbolçusu Nikolo Zaniolo İtaliya mətbuatına müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, millinin oyunçusu uşaqlıqdan “Yuventus” azarkeşi olduğunu və bu klubun formasını geyinmək istədiyini bildirib:
“Balaca vaxtlarımdan “ağ-qara” rənglərinə könül vermişəm. “Yuventus”da oynamaq hər zaman xəyalım olub. Ancaq “Qalatasaray”la müqaviləm var və burada xoşbəxtəm. Anxaq iki klub arasında razılıq əldə olunsa, “Yuventus”da sevə-sevə oynayaram”
Xatırladaq ki, Zaniolo yanvarda “Roma”dan İstanbul klubuna keçib.

