“Kəpəz”in yeni transferləri yaxın günlərdə komandaya qoşulacaq.
Bir müddət öncə “sarı-göylər” yarımmüdafiəçi Olavale Onanuqa və qapıçı Vladislav Vasilyuçeki heyətinə qatdığını bildirmişdik. Artıq futbolçuların komandaya qoşulacaqları tarix bəlli olub.
Hər iki oyunçu da iylun 7-də “Kəpəz”lə məşqlərə başlayacaq.
Xatırladaq ki, “sarı-göylər” yeni mövsümün hazırlıqlarını Gəncədə davam etdirir. “Kəpəz” ayın 7-də Bakı Olimpiya Stadionunda “Səbail”lə yoxlama matçına çıxacaq.
İdmanxeber.az

